20 may  Uşaq Teatrında “Göyçək Fatma” və “Gücümüz birliyimizdədir”  tamaşaları nümayiş olunacaq.

20 may Uşaq Teatrında “Göyçək Fatma” və “Gücümüz birliyimizdədir” tamaşaları nümayiş olunacaq.

“Göyçək Fatma”

Milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşada balalarımıza ədalətli olmaq kimi gözəl duyğular aşılanir. Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur.

Milli geyimlər, gözəl səhnə dekorasiyası, maraqlı rəqslər və diqqətçəkən aktyor oyunu tamaşaçını heyran edir.

Tamaşanın  quruluşçu rejissoru Intiqam-Soltandır.

Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş tamaşa  bütün yaş qrupunda uşaqlar üçündür.

 

“Gücümüz birliyimizdədir”

Həm böyüklər, həm də azyaşlılar üçün nəzərdə tutulmuş ” Gücümüz birliyimizdədir” eksperimental tamaşada tamaşaçılar yaxından iştirak edir və rol bölgüsünü  müəyyənləşdirirlər. Tamaşanın müddəti 45-50 dəqiqədir.

Tamaşalar 20 may saat 12.00 və 14.00 da  Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq.

Qeyd:    1 iyun Beynəlxaq Uşaqların Müdafiəsi Günü ərəfəsində “Gücümüz birliyimizdədir” tamaşası 1 həftə ərzində tamaşa nümayişi planlaşdırılır. Tamaşaya giriş ödənişsiz olacaq.