Bakı Uşaq Teatrının “Canlı abidələr” layihəsi…

Bakı Uşaq Teatrının “Canlı abidələr” layihəsi…

Bakı Uşaq Teatrı hər ayın bir gününü Milli geyim günü kimi qeyd etmək qərarına gəlib.

“Canlı abidələr” adlı yeni layihə çərçivəsində kollektiv üzvləri ayda bir gün – xüsusilə əlamətdar günlərdə milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini, tarixi və mədəni abilələri ziyarət etməyi qərarlaşdırmışlar.

Məqsədimiz mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır.  Çünki milli geyimlərimiz də tarixi abidələrimiz qədər əhəmiyyətlidir. Bu geyimlər gənc nəslin zövqünün formalaşmasında, dünyagörüşünün inkişafında böyük rola malik ola bilər.
Layihə çərçivəsində ilk tədbirimiz 18 apreldə ( saat 14:00 – 16:00 ) oldu. Həmin gün həm də Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi   qeyd olunur.

Bakı Uşaq Teatrının əsasən gənclərdən ibarət olan yaradıcı heyəti həmin gün Dənizkənarı Bulvar və İçərişəhər ərazisində yürüş edərək, şəhər əhalisi ilə ünsiyyətdə olaraq milli geyimlərimizi nümayiş etdirmişdir.

qammmsssssssssssssqqqqqqqqqqqqqqqqilosabide1ahbuzqirginqqqqqintiqam222222222qqqqhttp://mct.gov.az/news-details?id=1239