Bakı Uşaq Teatrı 16-cı mövsümünü Qusarda Şahdağ Yay-Qış Turizm Kompleksində açdı

Bakı Uşaq Teatrı 16-cı mövsümünü Qusarda Şahdağ Yay-Qış Turizm Kompleksində açdı

 

Qusar rayonunun ucqar kənd məktəblilərinin qonağı olan teatr türk dili günündə türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda olan “Pəltək Cücə” tamaşasını nümayiş etdirildi.

 

Tamaşadan sonra şou proqramda mahnı və rəqs nömrələri, Tofiq İsgəndərlinin (sehrbaz Tofiq əmi) maraqlı illuziya nömrələri balaca tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Sonda balaca tamaşaçılara müxtəlif hədiyyələr təqdim olundu.