Bakı Uşaq Teatrı Şahdağda tamaşa göstərəcək…

Bakı Uşaq Teatrı Şahdağda tamaşa göstərəcək…

 

Azərbaycanı qarış-qarış gəzən Bakı Uşaq Teatrı bu dəfə yeni teatr mövsümünün açılışını Qusarda, Şahdağ Qış-Yay Turizm Kompleksində edəcək. Mərasimin 26 sentyabr 2017-ci ilə təyin olunması da təsadüfi deyil. Məlum olduğu kimi, sentyabrın 26-ı (1141) dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olduğu gündür. Qardaş Türkiyədə isə, həmin tarix (1932-ci ildən) Türk Dili Bayramı kimi qeyd olunur. Açılışda balaca seyrçilərə türk nağılı əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi “Pəltək Cücə” tamaşası təqdim olunacaq. Mərasim illuzionist Tofiq İsgəndərlinin iştirakı ilə şou-proqramla davam edəcək.

Tamaşaçıların Şahdağ Qış-Yay Turizm Komleksinin və Bakı Uşaq Teatrının hazırladıqları müxtəlif hədiyyələri, kitab və dərs ləvazimatlarını qazanmaq şansı da olacaq. Sonda Komleks üzrə infotur keçirilməsi nəzərdə tutulur.