Bakı Uşaq Teatrında  ” Pəltək cücə” tamaşası ilə olacaq…

Bakı Uşaq Teatrında ” Pəltək cücə” tamaşası ilə olacaq…

 

 

Türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda olan “Pəltək Cücə” tamaşasında hadisələr Xoruzla Toyuğun ailəsində baş verir. Ailədə olan 7 cücədən birinin dilində qüsur var, “cik-cik” əvəzinə “Tık-tık” deyir. Bacı-qardaşları ona gülürlər. Vəziyyəti görən Ana Toyuq Pəltək Cücəni həkim Tülkünün yanına aparır. Tülkü  müalicə adıyla Cücəni xəstəxanada saxlayır.

Pəltək Cücənin Nazlı Cücə, Müğənni Cücə, Dələduz Cücə, İdmançı Cücə, Ağıllı Cücə, Balaca Cücə bacı-qardaşları var. Sonda ailə birgə Pəltək Cücəni Tülkünün əlindən qurtarır. Və söz verirlər ki, bir də bacılarına gülməyəcəklər.

Tamaşanın rejissoru İlhamə Əhmədova, rejissor köməkçisi Niyaz Qasımov, musiqi tərtibatı Mahir İbrahimli, xoreoqraf Könül Şahbazovadır.

 

Tamaşa 20  saat 11.00 da teatrın müvəqqəti yerləşdiyi Q.Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq.