Bakı Uşaq Teatrının ssenaristi Arzu Soltanın ” Birpərdəli uşaq pyesləri” kitabının təqdimatı keçirilib…

Bakı Uşaq Teatrının ssenaristi Arzu Soltanın ” Birpərdəli uşaq pyesləri” kitabının təqdimatı keçirilib…

Fevralın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında jurnalist-publisist Arzu Soltanın “Birpərdəli uşaq pyesləri” kitabının təqdimatı keçirilib.
20160205_1454670064IMG_0006Bakı Uşaq Teatrının direktoru və rejissoru İntiqam Soltan kitab haqqında məlumat verib.
Bildirilib ki, kitabda dərc olunan birpərdəli pyeslərin əksəriyyəti Bakı Uşaq Teatrının səhnəsində dəfələrlə nümayiş etdirilib. Kitabdakı pyeslərin çoxu məxsusi olaraq teatr üçün yazılıb və ən azı 70 dəfə tamaşaçılar qarşısında nümayiş etdirilib.
Arzu Soltan “Körpəm” Eksperimental Uşaq Teatrında və Bakı Uşaq Teatrında 1990-cı ildən bu günədək 20-yə yaxın pyesin səhnələşdirildiyini bildirib. Əsərlərinin tamaşaçılara təqdim olunmasında öz doğma kollektivinə minnətdar olduğunu vurğulayıb. Müəllif kitabda əsasən gənclərə sağlam həyat tərzinin aşılanması, maarifçilik mövqeyi, tamaşaçını səhnədə baş verən hadisələrin iştirakçısına çevirmək istəyi olduğunu söyləyib.
Tədbirdə çıxış edən Əməkdar Artist Ötkəm İsgəndərov, BDU-nun müəllimi İradə Əlili və başqaları kitabdakı birpərdəli pyeslərin gənc rejissorlar, uşaq teatrları, xalq teatrları üçün çox gözəl mənbə olduğunu bildiriblər.
Çıxış edənlər kitabda toplanan pyeslərin əsasən uşaqların və gənclərin dünyagörüşünün inkişafında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Kitabın tərtibatçısı Leyla Həşimova, redaktoru İntiqam Soltandır.
Tədbirin sonunda Bakı Uşaq Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilib.