Balaca dost! Bakı Uşaq Teatrı səni   “Fidan və Qoğal” tamaşasına baxmağa dəvət edir…

Balaca dost! Bakı Uşaq Teatrı səni “Fidan və Qoğal” tamaşasına baxmağa dəvət edir…

 


Arzu Soltanın  “Qoğal” nağılının motivləri  əsasında qələmə aldığı “Fidan və Qoğal”  tamaşasında Dəcəl qızcığaz Fidanın nənəsinin ona bişirdiyi qoğalın başına gələn əhvalatlardan bəhs olunur. Fidan və dostları – Nazbalınc və Yorğanla evdən qaçmış Qoğalın arxasınca meşəyə üz tuturlar. Uşaqlara Fidanın timsalında bir çox nəsihətamiz fikirlər aşılanır. Nağıl babanın yuxusu kimi verilir.

5-9 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın rejissoru İntiqam Soltandır.

Tamaşanın müddəti 50 dəqiqədir.

Tamaşa 07 oktyabr saat 12.00 da Q.Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq.