Balaca dost,  Uşaq Teatrı səni 15 aprel saat 12.00 da “Cücələr” tamaşasının premyerasına dəvət edir.

Balaca dost, Uşaq Teatrı səni 15 aprel saat 12.00 da “Cücələr” tamaşasının premyerasına dəvət edir.

  • Türk nağılı əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru İlhamə Əhmədovadır.

Bənna xoruzla çil-çil toyuğun yeddi cücəsi var idi. Cücələrdən biri idmançı, biri müğənni, biri ağıllı, biri nazlı, biri dələduz, biri lap balaca idi. Bir cücənin də danışığında qüsur var idi. “Cik-cik” demək əvəzinə “tık-tık” deyirdi. Bacı-qardaşları da ona “tık-tık” deyib gülürdülər. Çil-çil toyuq  “tık-tık” cücəni meşənin həkimi tülkünün yanına aparır. Görəsən hiyləgər tülkü “tık-tık” cücəni necə müalicə edəcək?

Tamaşa 15 aprel saat 12.00 da Q. Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq.