Balaca dost, Uşaq Teatrı səni “Kələkbazlar” tamaşasına baxmağa dəvət edir.

Balaca dost, Uşaq Teatrı səni “Kələkbazlar” tamaşasına baxmağa dəvət edir.

Folklor personajlarımızdan Kosa, Keçəl və Təkənin iştirakı ilə (teatr haqqında oyun) sürpriz və zarafatla dolu bir tamaşadır. Tamaşa həm də teatr sənətinin yaranması haqda uşaqlara məlumat verir. Keçəl teatr qrupu yaradır. Kosa, Təkə və Şahın qızı Bahar bu qrupun üzvləridir. Amma şah qızına “oyunbazlara” qoşulmağı qadağan edir. Bahar xanım sağalmaz “inadkarlıq” xəstəliyinə “tutulur”. Ulduzların dediyinə görə onun “dərdinin əlacı oyunbazların oyunundadır”. Hadisələr komik oyun üzərində davam edir. Sonda teatrın sehrinə düşən Şah oyunbazların sarayda yaşamasına və tamaşa göstərməsinə razılıq verir.

Tamaşanın ssenari müəllifi və rejissoru İntiqam Soltandır. 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulur. Müddəti 1 saatdır.

Tamaşa 10 mart saat 12.00 da Q.Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq.
Əlaqə nömrələri: 012 427 25 36, 409 04 15