Beynəlxalq Ahıllar Günü qeyd edilib

Beynəlxalq Ahıllar Günü qeyd edilib

1 oktyabr – Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.  Bu münasibətlə Bakı Uşaq Teatrı və Q. Abbasov adına mədəniyyət evi  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatında qonaq olmuşdur.

İlluziya nömrələri ilə çıxış edən teatrın aktyoru Tofiq İsgəndərli  pansionatın sakinləri tərəfindən maraqla qarşılanmışdır.

Tədbirdə iştirak edən ahıllar onlara göstərdikləri diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Bayram süfrəsi ətrafında keçirilən tədbir maraqlı konsert proqramı ilə davam edib.