“Bizim Teatr Festivalı – 2”

“Bizim Teatr Festivalı – 2”

Martın 11-də Milli Teatr Günü münasibətilə “Bizim Teatr Festivalı-2”nin açılışı olmuşdur.
“Bir teatr, bir festival” layihəsi çərçivəsində reallaşan festival Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi ilə keçirilmişdir.

Azərbaycan Teatr Xadimləri İttifaqının binasında keçirilən açılış mərasimində AXTİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov “Mustafa Mərdanov səhnəsi” barədə məlumat verərək bildirib ki, ilk dəfədir bu səhnədə festival keçirilir. O, bir neçə gün davam edəcək festivala uğurlar arzuldı.

IMG_3195

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan festival çərçivəsində 4 gün müddətində bir-birindən maraqlı tamaşaların nümayiş olunacağını bildirib, hər gün müxtəlif mövzularda çıxışlar və müzakirələrin olacağı qeyd edib. İntiqam Soltan “Çağdaş Azərbaycan teatrında uşaq teatrının yeri” mövzusunda məruzə ilə çıxış etmişdir.

IMG_3206

Teatrının aktyoru Ruslan Adgözəlovun ifasında muğam səsləndiriləndən sonra insan alveri mövzusunda teatrın hazırladığı “Günahsız günahkarlar” tamaşasının anonsu təqdim edildi.

IMG_3235

Nəhayət festivalın ilk tamaşası nümayiş olundu. Elçin Hüseynbəylinin “Oyun” əsəri əsasında Rəşad Nurinin hazırladığı tamaşada baş rolları Niyaz Qasımov və Könül Şahbazova ifa edirdilər.

IMG_3304

Festivalın ikinci günündə Tuncer Cücenoğlunun “Bir yoxsul olsaydım” tamaşası nümayiş etdirilmişdir. Bu, İlhamə Əhmədovanın quruluşunda Kəmalə Mustafayeva ilə Şahin Kazımovun oynadığı tamaşadır. Həmin günün məruzəçisi xalq artisti Hacı İsmayılov oldu.

yoxsul

Üçüncü gün Cəfər Cabbarlının “Əhməd və Qumru” hekayəsi əsasında İntiqam Soltanın quruluşunda “Qucaqla məni” tamaşası nümayiş etdirildi.
IMG_3704

Martın 14-də isə himnə və bayrağa həsr olunmuş, Ayşad Məmmədov və İntiqam Soltanın quruluşunda hazırlanmış, Niyaz Qasımov, Cavanşir Məhərrəmov və Rauf Hüseynlinin ifasında sözsüz “Vətən” tamaşası nümayiş olundu və bununla da festival yekunlaşdi. Həmin günün məruzəçisi Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov idi.

IMG_3839