Layihələr

Bakı Uşaq Teatrının “Canlı abidələr” layihəsi…

Bakı Uşaq Teatrının “Canlı abidələr” layihəsi…

26 Aprel 2016 at 16:46

Bakı Uşaq Teatrı hər ayın bir gününü Milli geyim günü kimi qeyd etmək qərarına gəlib. “Canlı abidələr” adlı yeni layihə çərçivəsində kollektiv üzvləri ayda bir gün – xüsusilə əlamətdar günlərdə milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini, tarixi və mədəni abilələri ziyarət etməyi qərarlaşdırmışlar. Məqsədimiz mədəni irsimizin bir parçası olan milli geyimlərimizi […]

“Bizim Teatr Festivalı – 2”

“Bizim Teatr Festivalı – 2”

10 Fevral 2016 at 12:37

Martın 11-də Milli Teatr Günü münasibətilə “Bizim Teatr Festivalı-2”nin açılışı olmuşdur. “Bir teatr, bir festival” layihəsi çərçivəsində reallaşan festival Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi ilə keçirilmişdir. Azərbaycan Teatr Xadimləri İttifaqının binasında keçirilən açılış mərasimində AXTİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov “Mustafa Mərdanov səhnəsi” […]

BİZİM TEATR festivalı…

BİZİM TEATR festivalı…

09 Fevral 2016 at 13:55

Bakı Novruz təntənəsini, baharın ilıq təbəssümünü teatral mənzərə ilə tamamlamaq istədi. Neçə-neçə festivallara, maraqlı sənət layihələrinə ev sahibliyi edən şəhərimizin bayram havasına “Bizim teatr” adı altında keçirilən beynəlxalq festival da qoşulmuş oldu. Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə Bakı Uşaq Teatrının keçirdiyi festival martın 27-dən 29-dək sənətsevərləri bir araya […]

“Türk Xalqlarının Teatrı” layihəsi

“Türk Xalqlarının Teatrı” layihəsi

09 Fevral 2016 at 13:11

Bakı Uşaq Teatrı və Türkiyənin EKsanat teatrının birgə işi olan “Türk Xalqlarının Teatrı” layihəsi çərçivəsində İntiqam Soltanın quruluşunda hazırlanan “Sıravi Dursun” tamaşasının premyerası Bakı Uşaq Teatrının yerləşdiyi Sarabski adına mədəniyyət evində oldu. Tamaşadan əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və tanıtma müşaviri Seyid Ahmet Arslan, Giresun Bələdiyə başkan yardımçısı Ömər Cinel, […]

Azərbaycanda ilk: teatr daxili mono tamaşalar festivalı keçirilib…

Azərbaycanda ilk: teatr daxili mono tamaşalar festivalı keçirilib…

09 Fevral 2016 at 11:53

12 – 13 oktyabr 2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq Bakı Uşaq Teatrında teatrdaxili “Hər aktyor bir tamaşa” adlı mono tamaşalar festivalı keçirilib. Məqsəd aktyorların peşə vərdişlərinin, fərdi ustalıqlarının və potensial imkanlarının daha da inkişaf etməsinə zəmin yaratmaq idi.