“Gücümüz birliyimizdədir” tamaşası ödənişsiz nümayiş etdiriləcək.

“Gücümüz birliyimizdədir” tamaşası ödənişsiz nümayiş etdiriləcək.

  1. 1 iyun  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Gücümüz birliyimizdədir” tamaşası 1 həftə ərzində  Uşaq Teatrı ilə əməkdaşlıq edən məktəblərdə ödənişsiz nümayiş etdiriləcək.

Turp nağılı əsasında İntiqam Soltanın quruluş verdiyi  tamaşa vaxtilə teatrın repertuarında olsa da, bu dəfə gənc aktyorlarla yenidən səhnələşdirilib.

 

“Turp” nağılının motivləri əsasında hazırlanmış, həm böyüklər, həm də azyaşlılar üçün nəzərdə tutulmuş eksperimental tamaşada tamaşaçılar yaxından iştirak edir və rol bölgüsünü  müəyyənləşdirirlər.

 

07 iyun saat 14.00 da sözügedən tamaşa Q. Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq. Tamaşaya giriş ödənişsiz olacaq.