Şəhərimizin sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihə (Foto)

Şəhərimizin sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihə (Foto)

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı həftənin şənbə və bazar günləri axşam saatlarında şəhərimizin sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihəyə start verib.

 04-05 iyun tarixində tamaşaçılara Tofiq İsgəndərlinin iştirakı ilə “İlluziya şou”su, İntiqam Soltanın və Niyaz Qasımovun   aparıcılığı ilə əyləncəli oyunlar və teatrın bədii rəhbəri İntiqam Soltanın quruluşunda “Göyçək Fatma” və İlhamə Əhmədovanın quruluşunda “Danışan Gəlincik”   tamaşası  nümayiş etdirilib.

Yay aylarında açıq havada hər həftə sonu, şənbə və bazar günləri 19:00-dan 21:00-dək Səbail rayonunda yerləşən Xaqani bağında (Malakan bağı) teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş etdiriləcək, balacalar üçün müxtəlif əyləncəli oyunlar və şoular təşkil olunacaqdır.

Teatr və mətbuat: http://az.baku-art.com/index.php?newsid=16351#.V1fVT9SLTGi

.IMG_0387 IMG_0363 IMG_0400 IMG_0574 IMG_1944 IMG_1965 IMG_1945 IMG_1974 IMG_2001 IMG_2003 IMG_2015 IMG_2061 IMG_2153 IMG_2158 IMG_2165 IMG_2262 IMG_2395 IMG_2407 IMG_2589 IMG_2498