Bakı Uşaq Teatrında “Siravi Dursun” tamaşası…

Bakı Uşaq Teatrında “Siravi Dursun” tamaşası…

S. M. Qənizadənin “Dursunəli Ballıbadı” pyesi əsasında İntiqam Soltanın gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə qələmə aldığı “Sıravi Dursun” birpərdəli  pyesində  hadisələr  səhra hospitalında baş verir. Hərbi xidmətdən yayınmaq istəyən  əsgər min bir bəhanə ilə uzun müddət tibb məntəqəsində qalır.  Tibb məntəqəsində  öz  dələduzluğundan  geri qalmayan əsgərin şıltaqlığına  dözsələr də, sonda o layiqli cəzasına çatır. Əsgər Dursun hərbi tribunala çağrılır.

Rolları Cavanşir Məhərrəmov, İntiqam Soltan, Şahin Kazımov, Türkan Şahmarlı  ifa edirlər.

Quruluşçu  rejissor İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahimli, musiqi tərtibatçısı  Rauf  Hüseynlidir.

Qeyd edək ki,  Bakı Uşaq Teatrı Türkiyənin Bilecik şəhər Bələdiyyə başkanı Səlim Yağan tərəfindən 15-30 noyabr 2016 – cı il tarixində keçiriləcək XI Beynəlxalq Bilecik Teatr  festivalında “Siravi Dursun” tamaşası ilə çıxış edəcək.

Yeniyetmə  gənclər üçün nəzərdə tutulan tamaşa 06 noyabr saat 16.00 da Q.Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq.

 

 

dursun6