Tariximiz

12698934_1055163257859800_452723670_o

Bakı Uşaq Teatrı  

Bakı Uşaq Teatrı 2001-ci ildə yaradılıb. 2002-ci il mayın 1-dən İntiqam-Soltanın direktor-bədii rəhbər təyin olunması ilə fəaliyyətə başlayıb.

Bakı Uşaq Teatrı 2001-ci il aprel ayının 9-da Bakı Şəhər İcra Hakimiyyəti başçısının 260 saylı sərəncamı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin  Rəisinin 26 aprel 2002-ci il tarixli 32 saylı əmri ilə yaradılıb.  Bu günə  qədər teatrda 100-ə yaxın yüksək bədii keyfiyyətə malik tamaşa hazırlanıb.

Teatr Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrıdır.

Fəaliyyət göstərdiyi müddətdə özünə çox böyük sayda tamaşaçı auditoriyası toplayan teatr bir sıra dövlət tədbirlərində və beynəlxalq teatr festivallarında uğurlu çıxış edərək diplom və mükafatlara layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Gənclər və İdman, Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafəsi   nazirlikləri də tetarla birgə layihələr həyata keçirir.  Teatr bir sıra   beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.   Bunlardan Beynəlxalq Qızıl Xaç Komitəsini, Avropa Şurasının Azərbaycan Ofisini, BMT-nin Narkomaniyaya qarşı mübaruizə İdarəsinin Bakı Ofisini göstərmək olar.

Teatrda 70-ə yaxın uşaq mütəxəssisi çalışır.
2009-cu ilin noyabr ayında BUT nəzdində xüsusu qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr studiyası yaradılıb.  Qısa fəaliyyəti dövründə bu studiya respubliakamızda keçirilən əlilliyi olan uşaq və gənclərin inteqrativ tamaşalarının 4-cü milli festivalında, Moskvada keçirilən sağlamlığı məhdud olan şəxslər üçün gənclərin 2-ci beynəlxalq yaradıcılıq festivalında uğurla çıxış etmiş və diplomla təltif olunub.

Bakı Uşaq Teatrının bədii-rəhbəri və direktoru İntiqam-Soltan və burada çalışan digər mütəxəssislər, rejissorlar, aktyorlar, bəstəkarlar, rəssamlar müxtəlif bədii və sənədli filmlərdə , eləcə də Azərbaycan televiziyalarında istehsal edilən müxtəlif seriallarda böyük iş təcrübəsinə malikdirlər.

Bakı Uşaq Teatrı  2008-ci il mayın 23-nə kimi Dənizkənarı Milli Park ərazisindəki binasında fəaliyyət göstərib.  2008-ci il may ayının 24-dən  2013-cü il mart ayının 31-nə kimi H. Sarabski adına mədəniyyət evinin binasında yerləşib. Hazırda  Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Q. Abbasov adına mədəniyyət evində yerləşir.