İlhamə Hümmət qızı Əhmədova – Quruluşçu rejissor

İlhamə Hümmət qızı Əhmədova – Quruluşçu rejissor

ilxama
08 noyabr 1973-cü ildə Ermənistanın Krasnoselo rayonunda anadan olub. 1993- 1997-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində dram rejisorluğu fakultəsində təhsil alıb. 1997-2008-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor assisenti vəzifəsində çalışıb. 2008- ci ildən Bakı Uşaq Teatrında işləyir.
Subaydır.

Bakı Uşaq Teatrında O. Henrinin “Allahın bəlası” (2010), Abdulla Şaiqin “Danışan gəlincik” (2011), özünün müəllifi olduğu “Heyvanların birliyi” (2012), “Heykəl” (2013), “Maşa və ayı” (2014), türk yazıçısı Tuncər Cücənoğlunun “Bir yoxsul olsaydım” (2014) tamaşalarına quruluş verib.
Arzu Soltanın “Tamaşa” , “Həyatla oyun” , “Günahsız günahkarlar”, “Retro”, Elçin Hüseynbəylinin “İmperator”, bolqar yazıçısı P.Pançevin “Əkizlərin nağılı”, Karlo Qaldoninin “Məzəli hadisə”, özünün müəllifi olduğu “Heykəl”, türk xalq nağılı “Üç ayı balası” tamaşalarında rol alıb.
2010-cu ilin martında “Allahın bəlası” tamaşası ilə Ankara IV Ethos Uluslararası teatr festivalında, aprel ayında isə İstanbulda keçirilən 23. Nisan Çocuk festivalında iştirak edib.
2013- cu ildə “Heykəl” tamaşası ilə Türkiyənin Sinop şəhərində keçirilən festivalda iştirak edib.

“Pərvanələrin rəqsi” (2013) “Həyat varsa” (“Gənc qızın ahı”, “Axsaq ayaq”, Seymur”, “Zəhərlənmə”, “Bəxtsiz gəlin”, “Məktub” bölümləri – 2012-2014-cü illər),”Qız yükü” (2014) ” Bir ailəm var” (2014) “Sonuncu fəsil” (2014), “Ürəyim səni sevdi” (2014), “Əhməd haradadır” (2014) seriallarında çəkilib.
2010, 2012, 2014 cü illərdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən ən fəal rejissor nominasiyasıı üzrə təltif edilib.