Könül Əmir qızı Qasımova – Aktyor

Könül Əmir qızı Qasımova – Aktyor

FB_IMG_1452864304340konul
07 mart 1987-ci ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2007- ci ildən Bakı Uşaq teatrında çalışır.
Ailəlidir.
Quruluş verdiyi tamaşalar:
Elçin “Humayın yuxusu”- Elçin (2013)
Hans Xristian Anderson “Kibritsatan qız” (2014)
Gi de Mopassanın novellaları əsasında “İblis” (2014)

Əsas rolları:
Mikayıl Müşfiq ”Şəngülüm, Şüngülüm, Məngülüm” – Dovşan
Elçin Hüseynbəyli “İmperator” – Ceyran
Karlo Qaldoni “Məzəli hadisə” – Konstansiya
Elçin Hüseynbəyli ”Oyun” – Lili
Arzu Soltan ”Həyatla oyun” – Təlimçi
Asif Bayramov “Şrek və dostları” – Tom
Dario Fo “Mən səni gözləyirəm,əzizim” – Mono
Arzu Soltan ”Günahsız günahkarlar” – Qızılgül
Abdulla Şaiq ”Əşxas” – İnsanlıq
Arzu Soltan “Fidan və Qoğal” – Nazbalınc
Salman Qaraçöp ”Sehirli çarıqlar” – Cadı
Monqol xalq nağılı ”Dələduz siçanlar” – Pişik

Çəkildiyi filmlər:
“Həyat varsa”, “Bacanaqlar” , “Fədakar” .