Niyaz İlyas oğlu Qasımov – Aktyor

Niyaz İlyas oğlu Qasımov – Aktyor

qasimovniyaz
1988- ci il martın 18-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinin beynalxalq mədəni əlaqələr ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2008-2009-cu illərdə Badamdar qəsəbə mədəniyyət evinin xalq teatrı rejissoru vəzifəsində çalışıb. 2010- cu ildən Bakı Uşaq Teatrında çalışır. 2007- ci ildə 2- ci ümumrespublika bədii qiraət müsabiqəsində 2- ci yer tutub, 2008- ci ildə xalq teatrları arasında keçirilən ümumrespuplika baxış müsabiqəsində “Ən yaxşı kişi rolunun ifasına görə” mükafatına layiq görülüb.
Ailəlidir.
Oynadığı rollar:
Kafka “Varyete” – mono
Sien Eker “Apokalipsis” – mono
Asif Bayramov “Şrek və dostları” – Şrek
Arzu Soltan “Fidan və qoğal” – Ayı
Elçin Hüseynbəyli “İki nəfərlik oyun” – Mimi
Arzu Soltan “Həyatla oyun”- Duman
Arzu Soltan “Günahsız günahkarlar”- Şikar
Abdulla Şaiq “Əşxas” – Vicdan
İlhamə Əhmədova “Ağıllı uzunqulaq”- Uzunqulaq

Çəkildiyi film və seriallar;
“Pərvanələrin rəqsi”
“Sonuncu fəsil”
“Həyat varsa”
“Oğul”
“Fədakar”