Rəfael Arif oğlu Muradxanlı – Aktyor

Rəfael Arif oğlu Muradxanlı – Aktyor

Rafael
18 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissoru ixtisası üzrə təhsil alıb. 2014-cü ilin sentyabr ayından Bakı Uşaq Teatrında çalışır.
Subaydır.

Əsas rolları:
Arzu Soltan “Həyatla oyun” – Tələbə
Arzu Soltan “Qeyri-adi məhkəmə” – Zərərçəkən oğlan
Arzu Soltan “Fidan və Qoğal” – Yorğan
Asif Bayramov “Şrek və dostları” – Cerri
“Turp” nağılı əsasında “Gücümüz birliyimizdədir” – Rəfael
Abdulla Şaiq ” Tıq- tıq xanım” – Siçan bəy
Türk xalq nağılı “Ağıllı tülkü” – Hökmdar, meymun
Monqol xalq nağılı “Dələduz siçanlar” – Şair siçan
Xalq nağılı “Göyçək Fatma” – Şahzadə
Abdulla Şaiq “Danışan gəlincik” – Aşbaz

Çəkildiyi seriallar:
“Həyat varsa” (“Sahibsiz”, “Analıq”, “Zəhərlənmə” bölümləri)