Rauf Nağı oğlu Hüseynov – Aktyor

Rauf Nağı oğlu Hüseynov – Aktyor

rauf huseynov
31 Mart 1989-cu ildə Ordubad rayon Azadkənd kəndində anadan olub. 2010-cu ildə Mədəni- Maarif texnikumunun aktyor sənəti və rejissorluq fakultəsini bitirib. 2005-ci ildən Bakı Uşaq Teatrında çalışır.
Ailəlidir, 1 övladı var.
Əsas rolları:
Arzu Soltan “Cırtdanın qoçaqlığı” – Ağatlı oğlan
Asif Bayramov “Şrek və dostları” – Siçan bəy
Türk xalq nağılı “Qəhrəman köpək”- Köpək, “3 ayı balası”- Ayı
Arzu Soltan “Fidan və Qoğal” – Dovşan
Monqol xalq nağılı “Dələduz siçanlar” – Qoca siçan
İlhamə Əhmədova “Heyvanların birliyi” -Keçi
“Turp” xalq nağılı əsasında “Gücümüz birliyimizdədir” – Rauf
Elçin “Humayın yuxusu” – Əjdaha
Türk xalq nağılı “Ağıllı tülkü” -Ayı
Arzu Soltan “Həyatla oyun”- Nicat
Arzu Soltan “Qeyri adi məhkəmə” – Katib
Arzu Soltan “ Məni xatırlayacaqlar” -Tələbə
İntiqam Soltan “Vətən” – Mavi rəng
İmir Məmmədli “Çarə” – Münəccim
Karlo Qaldoni “Məzəli hadisə” – Zabit
Abdulla Şaiq “Əşxas” -İblis
Arzu Soltan “Günahsız günahkarlar” – Qurban.

Çəkildiyi seriallar:
Həyat varsa – “Korlanmış cavanlıq”, “Heçkim”, “Son peşmanlıq” bölümləri (2013-2014)
Bədii Film- “Fədakar” (2014)
“Fədakar” filmindəki obrazına görə 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilib.