Tofiq Şamxəlil oğlu İsgəndərli – Aktyor

Tofiq Şamxəlil oğlu İsgəndərli – Aktyor

tofiq emi
23 mart 1961-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. 1989-1992 ci ilə qədər Azərbaycan Dövlət Qastrol Konsert Birliyində illuziyonist kimi çalışmışdır.1992-1993-cü illərdə Azərbaycan Estrada Teatrında aktyor, 1993-2002-ci illərdə Bakı Dövlət Sirkində orijinal janr artisti vəzifəsində çalışıb. Müasir Azərbaycan illüzionisti, Azərbaycanın müasir illüziya sənətinin banisi, beynəlxalq illüziya festivallarının laureatıdır.
2001-ci ildə Çində keçirilən İllüziyaçıların beynəlxalq festivalında ilin 20 ən yaxşı illüzionistindən biri seçilib. Azərbaycandakı Tİ-MAGİC illüziya teatrının yaradıcısıdır. Azərbaycan İllüzionistlər Assosiasiyasının prezidentidir. Azərbaycan dilindəki “Fokuslar” kitabının müəllifidir. Dövlət patenti almış altı illüziya nömrəsinin müəllifidir. 2008 -ci ildə Amerikada yerləşən İllüzionistlərin Beynəlxalq Qardaşlıq Cəmiyyətinin (İBM) üzvüdür. 15 il Azərbaycan Dövlət Televiziyasında uşaq verlişlərinin aparıcısı (sehrbaz Tofiq əmi) olmuşdur.
2004-cü ildən Bakı Uşaq Teatrında çalışır.
Ailəlidir, 2 övladı var.