Arzu Soltan – ssenarist

Arzu Soltan – ssenarist

14 May 2015 at 16:31

İxtisasca jurnalistdir. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub.  1988-ci ildən Azərbaycan mətbuatında çalışır. “İnşaatçı”, “Ordu”, “Azadlıq” qəzetlərində və “Olaylar” informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib.  1989-cu uldə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib.  […]

Sevda Tofiq qızı Məmmədova –  qurluşçu rəssam

Sevda Tofiq qızı Məmmədova – qurluşçu rəssam

14 May 2015 at 16:28

1972 -ci il Bakı şəhərində anadan olub. 1997-ci ildə Ə. Əzimzadə adına Dövlət Ressamlıq texnikumunu bitirib. 2002-ci ildən Bakı Uşaq teatrında çalışır. Teatrın bütün tamaşalarının qurluşçu rəssamıdır. Quruluş verdiyi filmlər: “Qaz” “Kəndimizə qayıdın” “Müəmmalı yubiley” “Müqəvva və ya məhəbbət üçbucağı”

Leyla Nurəddin qızı Həşimova – Ədəbi hissə müdiri

Leyla Nurəddin qızı Həşimova – Ədəbi hissə müdiri

14 May 2015 at 16:26

04 may 1983-cü ildə Xırdalan şəhərində anadan olub. 2000-2006- cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakultəsində bakalavr və magistr təhsili alıb. 2009-cu ildə “Kadr” jurnalında redaktor vəzifəsində çalışıb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dissertantıdır. 2012-ci ildən Bakı Uşaq Teatrında çalışır. Ailəlidir, 3 övladı var.

Bəhruz Rafiq oğlu Məmmədov – Quruluş hissə müdiri

Bəhruz Rafiq oğlu Məmmədov – Quruluş hissə müdiri

14 May 2015 at 16:24

09 may 1989-cu ildə Göyçay rayonunda anadan olub. 2010-cü il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatr, kino aktyorluğu fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildən Bakı Uşaq Teatrında çalışır. Subaydır. Çəkildiyi seriallar: Həyat varsa- ” Qəza” (2012) “Bağışlamaq” (2013) “Bir ovuc torpaq” (2013) “Durnalar qayıdanda” (2014)

Mahir İbrahimov Mübariz oğlu – Musiqi hissəsinin müdiri

Mahir İbrahimov Mübariz oğlu – Musiqi hissəsinin müdiri

14 May 2015 at 16:20

02 dekabr 1974-cü ildə Ordubad şəhərində anadan olub. 1989 -1993 cu illərdə Asəf Zeynallı adına Musiqi texnikumununun çalğı alətləri şöbəsini, 1998-2002 -ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının musiqişünas- xor drijorluğu ixtisasını bitirib. 1992-1993-cü illərdə İnşaatçıların mədəniyyət sarayında xalq çalğı alətləri ansambılının rəhbəri, 1993-1998- ci illərdə Ordubad şəhər uşaq […]

Afaq Elxan qızı Əhmədova – Rejissor asisstenti

Afaq Elxan qızı Əhmədova – Rejissor asisstenti

14 May 2015 at 16:18

23 iyul 1991-ci il Bakı şəhərində anadan olub. 2010- 2015- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. 2012- ci ildən Bakı Uşaq Teatrında çalışır. Subaydır.

Zəminə  Adil qızı Allahverdiyeva – Dekorçu rəssam

Zəminə Adil qızı Allahverdiyeva – Dekorçu rəssam

14 May 2015 at 16:15

1 yanvar 1976 – ci ildə Qazax rayonunda anadan olub. 1998- ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinə daxil olub və 2002 -ci ildə bədii xalça ixtisasini bitirib. 2006- 2008- ci illərdə Qazax rayon Mərkəzi Kitabxanasında tərtibatçı rəssam vəzifəsində çalışıb. 2008- ci ilin fevral ayından Bakı Uşaq Teatrında […]