Turistlər və paytaxt sakinləri üçün yeni layihəyə start verilmişdir…

Turistlər və paytaxt sakinləri üçün yeni layihəyə start verilmişdir…

Screenshot_2016-05-23-14-39-43-1

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı həftənin şənbə və bazar günləri axşam saatlarında şəhərimizin sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihəyə start verib.

Mayın 22-23-də tamaşaçılara Tofiq İsgəndərlinin iştirakı ilə “İlluziya şou”su, Niyaz Qasımovun aparıcılığı ilə əyləncəli oyunlar və teatrın bədii rəhbəri İntiqam Soltanın quruluşunda “Gücümüz birliyimizdədir”  “Göyçək Fatma” tamaşaları  nümayiş etdirilib.

Yay aylarında açıq havada hər həftə sonu, şənbə və bazar günləri 19:00-dan 21:00-dək Səbail rayonunda yerləşən Xaqani bağında (Malakan bağı) teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş etdiriləcək, balacalar üçün müxtəlif əyləncəli oyunlar və şoular təşkil olunacaqdır.

IMG_20160522_232033

Screenshot_2016-05-23-14-39-51-1

Screenshot_2016-05-23-14-39-48-1

Screenshot_2016-05-23-14-39-59-1

 

Screenshot_2016-05-23-15-26-39-1

Screenshot_2016-05-23-15-26-07-1

Screenshot_2016-05-23-15-24-45-1

Screenshot_2016-05-23-15-26-29-1

http://mct.gov.az/news-details?id=1755