“Türk Xalqlarının Teatrı” layihəsi

“Türk Xalqlarının Teatrı” layihəsi

Bakı Uşaq Teatrı və Türkiyənin EKsanat teatrının birgə işi olan “Türk Xalqlarının Teatrı” layihəsi çərçivəsində İntiqam Soltanın quruluşunda hazırlanan “Sıravi Dursun” tamaşasının premyerası Bakı Uşaq Teatrının yerləşdiyi Sarabski adına mədəniyyət evində oldu. Tamaşadan əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və tanıtma müşaviri Seyid Ahmet Arslan, Giresun Bələdiyə başkan yardımçısı Ömər Cinel, Kültür və Sosial İşlər müdiri Hasan Özdemir, EKsanat teatrının Genel Sanat yönetmeni Erhan Kaya çıxış edərək bu layihənin türk xalqlarının mədəni əlaqələrinin daha da möhkəmlədəcəyini vurğuladılar.
Tamaşada hər iki ölkənin aktyorları çıxış edirlər.
Hadisələr səhra qospitalında baş verir. Hərbi xidmətdən yayınmaq istəyən əsgər min bir bəhanə ilə uzun müddət qospitalda qalır. Qopitalda öz dələduzluğunda geri qalmayan əsgərin şıltaqlığına dözsələr də, sonda o, öz layiqli cəzasına çatır. Əsgər Dursun hərbi tribunala çağrılır.
Türkiyə rəsmilərinin və media nümayəndələrinin iştirak etdiyi tamaşa çox uğurla nümayiş olundu.
Birgə hazırlanmış tamaşanın Tatarıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və s. türk dövlətlərində nümayişi nəzərdə tutulur.
Layihənin rəhbərləri EKsanat Mərkəzinin direktoru Erhan Kaya və Bakı Uşaq Teatrının direktoru- bədii rəhbəri İntiqam Soltandır.

dursun5

dursun6

dursun10

dursun9