Uşaq Teatrı Festivalda….

Uşaq Teatrı Festivalda….

11-ci Beynəlxalq Biləcik Teatr Festivalı VƏTƏN tamaşasıyla başlayacaq

11 noyabrda İstanbul şəhərində, 5 ulduzlu Lazzoni oteldə 11-ci Beynəlxalq Biləcik Teatr Festivalının təmtəraqlı açılış mərasimi baş tutdu. Mərasim Mehtər taqımının kiçik konsertiylə başladı. Açılışda Türkiyənin Mədəniyyət Naziri Nəbi Avcı, Biləcik Bələdiyyə Başçısı Səlim Yağcı, Biləcik Valisi Süleyman Elban, Biləcik Millət Vəkili Xəlil Eldəmir, İstanbul Mədəniyyət və Turizm Müdiri Nedret Apaydın, Bəyoğlu Bələdiyyə Bşçısı Əhməd Misbah Dəmircan kimi bir neçə dövlət nümayəndəsi çıxış etdi.

Açılışda iştirak edən nazir Nəbi Avcı Biləcik Teatr Festivalının 10 ildir ki, uğurla həyata keçirildiyindən danışdı. Bu il festivalın Azərbaycandan gələn Uşaq Teatrının oynayacağı “Vətən” tamaşasıyla başlayacağını deyən nazir “Dost və qardaş ölkə Azərbaycanın sədasını bizə çatdırmaq üçün gələn Vətən adlı oyunla başlayacaq festivalımızın hər ötən il daha da zəngiləşərək davam etməsini arzu edirəm,” dedi.

11 il ərzində böyük sənətkarları mükafatlarla təltif edən festival bu dəfə də “Qızıl Çınar” mükafatını üç sənətkara təqdim etdi. Bu sənətkarlardan biri Rasim Öztekin, digəri isə Oltas Kıvanç oldu. Festivalda Azərbaycanı təmsil edən Uşaq Teatrının bədii rəhbəri, direktoru İntiqam-Soltan da “Qızıl Çınar” mükafatına layiq görüldü. İntiqam-Soltan mükafatı alarkən “Türk milləti üçün çalışırıq,” dedi.

Qeyd edək ki, Türkiyənin məşhur aktyorlarıyla birgə Uşaq Teatrı festivalda Vətən və Sıravi Dursun adlı iki tamaşa ilə çıxış edəcək. Festival noyabr ayının 15-i başlayıb 30-da başa çatacaq.

 

14976173_10154584055087976_1325874524_o 15007581_10154585338202976_1901410895_o 15007792_10154585337017976_526507983_o 15008036_10154585340447976_525332631_o 15045368_10154585340722976_1632311102_o 15045396_10154585337922976_1796867536_o 15045482_10154585338562976_1554545948_o 15052156_10154585338912976_690225387_o 15063979_10154585336712976_2060324160_o