BAKI UŞAQ TEATRININ ƏMƏKDAŞLARI XAÇMAZDA MİLLİ GEYİMLƏRİMİZİ TƏBLİĞ ETDİ – VİDEO

Bakı Uşaq Teatrı  “Canlı abidələr” adlı yeni layihə ilə əlaqədar  Xaçmazda olub. Layihə çərçivəsində teatr kollektivinin üzvləri  Azərbaycan milli geyimlərini geyinərək rayonunda  müxtəlif yerlərini, əsasən də tarix və mədəniyyət abilələrini ziyarət ediblər. Öncə aktyorlar açıq havada yerləşən Şəxsiyyətlər muzeyini ziyarət edib. Daha sonra Tarix Diyarşünaslıq muzeyində olan teatr kollektivinə muzey haqqında ətraflı məlumat verilib.

Layihənin məqsədi mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır.  Milli geyimlərimiz də tarixi abidələrimiz qədər əhəmiyyətlidir və gənc nəslin zövqünün formalaşmasında, dünyagörüşünün inkişafında böyük rola malikdir. Hər kəs layihəyə könüllü olaraq qatıla bilər.

 

 

 

http://rtv.az/news/social/23032-baki-usaq-teatrinin-emekdaslari-xacmazda-milli-geyimlerimizi-teblig-etdi#.VzoC-5MP3dU.facebook